İKT

“Apple” korporasiyası “iTunes”dən imtina etmək istəyir
08 APREL
139

“Apple” korporasiyası “iTunes”dən imtina etmək istəyir

2019-04-08 17:21:00

“Apple” korporasiyası “iTunes” xidmətindən imtina etməyi planlaşdırır. Bu haqda “iOS” tərtibatçısı Stiv Trout Smitə istinadən “Ferra” portalı məlumat yayıb.
Fins.az xəbər verir ki, onun sözlərinə görə, sözügedən xidmət istifadəçilər üçün əlverişsiz olub, çünki olduqca müxtəlif məzmundan ibarətdir ki, bu da xidmətdən istifadəni çətinləşdirir. Bundan başqa, onun sözlərinə görə, “Apple TV+” xidmətinin elanı da “iTunes”dən imtina edilməsinə səbəb ola bilər. Şirkət bütün film və şouları “Apple TV” üçün proqrama daşımaq, başqa məzmun kateqoriyaları üçün ayrı-ayrı proqramlar hazırlamaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265