İKT

Azərbaycanda “Startap günləri” layihəsinə start verilib
08 APREL
68

Azərbaycanda “Startap günləri” layihəsinə start verilib

2019-04-08 14:28:00

Azərbaycanın 10 təhsil müəssisəsində "startap günləri" layihəsinə start verilib.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məlumat verib.

Onun sözlərinə görə, bu tədbirlərdə ümumilikdə 500-600 inşanın iştirak etməsi gözlənilir.

“Startap günləri” layihəsi Bakı ilə yanaşı Naxçıvan, Lənkəran və Gəncədəki təhsil müəssisələrində də həyata keçirilə bilər. 3 ay müddətində davam edəcək "Startap günləri"nin hər tədbiri 2 gün çəkəcək. Sonda isə müsabiqə elan ediləcək. İyun ayı üçün isə konfransın keçirilməsi gözlənilir", - O.Gündüz deyib.

O həmçinin əlavə edib ki, Naxçıvan MR startap ekosisteminin formalaşmasında maraqlıdır: “Bunun üçün isə artıq Naxçıvan Ali Məclisində xüsusi qanun qəbul olunub. Burada çox maraqlı müddəalar var. May ayı üçün isə Naxçıvanda konfrans keçirməyi düşünürük”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266