İKT

Apple şirkəti Beats brendinin yeni naqilsiz qulaqlıq modelini təqdim etdi – VİDEO
05 APREL
86

Apple şirkəti Beats brendinin yeni naqilsiz qulaqlıq modelini təqdim etdi – VİDEO

2019-04-05 12:45:00

 Naqilsiz Apple AirPods 2 qulaqlıqlarının satışa çıxmasından iki həftə sonra Apple şirkəti yeni naqilsiz qulaqlıqları təqdim etdi. Lakin bu dəfəki qulaqlıqlar Beats brendinə aiddir. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş Beats Powerbeats Pro qulaqlığı SoC Apple H1 prosessoru ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, AirPods 2 də bu prosessora sahibdir.

Bu qulaqlıqlar aktiv həyat tərzi üçün nəzərdə tutulub. Buna görə də onların bir dəfə şarj olunandan sonra çalışma vaxtları 9 saata kimi yüksəldilib, qulaqlıqlara sudan qorunma özəlliyi əlavə edilib və onlar naqillərdən məhrum olublar. Powerbeats Pro da AirPods 2 kimi xüsusi keys vasitəsilə şarj olunur. Bundan əlavə olaraq yeni qulaqlıq həmçinin Fast Fuel adlı sürətli enerji yığma texnologiyasını da dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266