İKT

Büdcəli Galaxy A90 flaqman smartfonu necə görünəcək? – VİDEO
05 APREL
92

Büdcəli Galaxy A90 flaqman smartfonu necə görünəcək? – VİDEO

2019-04-05 11:59:00

 Waqar Khan adlı YouTube kanalında büdcəli Galaxy A90 flaqman smartfonunun konsept videosu təqdim olunub. Bu barədə Gagadget saytı xəbər verib. Baxmayaraq ki, təqdim olunmuş videoda əks olunan cihaz sadəcə konseptdir, məşhur insayder Ice Universe-in sözlərinə əsasən nəticə etibarilə yeni smartfon məhz bu cür görünüşə sahib olacaq.

    Smartfon heç bir çıxıntı hissəyə sahib olmayan Infinity ekran ilə təchiz olunacaq. Galaxy A90 modeli slayder formatında hazırlanacaq. Buna görə də onun ikili ön kamerası yuxarı istiqamətə hərəkət edən hissəyə inteqrasiya ediləcək. Bundan əlavə olaraq həmin kamera fırlanmaq özəlliyinə sahib olacaq. Beləliklə kamera həm ön həm də arxa kamera rolunda çıxış edəcək.

    Son məlumat sızıntılarına əsasən Galaxy A90 modeli 6.75 düym AMOLED ekran və Snapdragon 7150prosessoru (Snapdragon 855-in daha sadələşdirilmiş versiyası) ilə təchiz olunacaq. Bununla yanaşı smartfon həmçinin ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına da sahib ola bilər. Galaxy A90 modelinin qiyməti 750$-dan aşağı olmalıdır. Smartfonun təqdimatının 10 aprel tarixində baş tutacağı güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266