İKT

“Android” sistemində 2 kritik əhəmiyyətli boşluq aradan qaldırılıb
04 APREL
90

“Android” sistemində 2 kritik əhəmiyyətli boşluq aradan qaldırılıb

2019-04-04 17:41:00

“Google” şirkəti “Android” sistemində kodun məsafədən icrasına imkan verən iki kritik əhəmiyyətli boşluğu aradan qaldıran təhlükəsizlik paketi çıxarıb.
Fins.az xəbər verir  ki, “CVE – 2019-2027” və “CVE – 2019-2028” kimi işarələnmiş problemlər mediafreymvorkdə aşkar edilib və cinayətkara xüsusi düzəldilmiş fayllardan istifadə etməklə ixtiyari kodu icra etmək imkanı verir. Sözügedən boşluqlar “Android 7.0” və sonrakı versiyaların idarəetməsi altında işləyən bütün qurğulara təsir göstərir.
Bundan başqa axtarış nəhəngi, həmçinin sistemdə imtiyazları yüksəltməyə və ya vacib məlumatları açıqlamağa imkan verən 9 yüksək səviyyəli boşluğu aradan qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266