İKT

“Samsung” “5G” modeminin kütləvi istehsalına başlayıb
04 APREL
131

“Samsung” “5G” modeminin kütləvi istehsalına başlayıb

2019-04-04 17:15:00

“Samsung Electronics” mobil qurğu və başqa elektron cihazların beşinci nəsil şəbəkəsinə (5G) qoşulması üçün nəzərdə tutulmuş çiplərin kütləvi istehsalına başlayıb.
Fins.az-ın məlumatına görə, Cənubi Koreya nəhəngi qabaqcıl “Galaxy S10 5G” smartfonunda tətbiq edilən “Exynos Modem 5100” mikrosxeminin kütləvi istehsalına başlayıb. Sabah sözügedən çip satışa çıxarılacaq.
 
2018-ci ilin avqustunda təqdim edilmiş “Exynos Modem 5100” dünyada ilk “5G” modem hesab edilir.
 
Modem “5G” şəbəkəsində 6 QHs-dən aşağı tezlikdə 2 Qbit/s-dək və “mmWave” şəbəkəsində isə 6 QHs maksimal yükləmə sürətini təmin edir ki, bu da mövcud texnologiyaların ötürmə sürətini müvafiq olaraq təxminən 1,7 və 5 dəfə  üstələyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265