İKT

Kinoya ssenari yazan kompüterlər
04 APREL
106

Kinoya ssenari yazan kompüterlər

2019-04-04 12:16:00

Süni intellektin filmlərin çəkilməsinə nə qədər kömək edəcəyini bilmirik. Ancaq kino sənayesində bu cür inqilabi texnologiya özünü göstərməkdədir. Hazırda belə texnologiya ilə ekran əsərlərinin yaradılmasına və montajına bir qədər ehtiyatla yanaşılsa da kifayət qədər irəliləyişin şahidi olmuruq.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda kino sənayesi süni intellekt vasitəsilə mükəmməl filmlər çəkilməsinin mümkünlüyünü təcrübədən keçirir.

2016-cı ildə İBM Vatson superkompüteri "Morgan" filminin videoçarxını montaj etməkdə köməkçi rolunu oynayıb. Doqquz dəqiqə çəkən "Sunspring" (2016) qısametrajlı filminin ssenarisi isə "Benjamin" adlı kompüterin köməkliyi ilə reallaşıb.

Daha bir misal. Kanada istehsalı olan "Impossible things" (2017) ekran əsərinin ssenarisində kompüter iştirak edib. Kompüter filmi analiz edərək insanlarda güclü təəssürat yaratmaqdan ötrü səhnələri mükəmməl tərzdə düzmüşdür. Əsərin yaradıcıları belə kinonun gələcəkdə daha da geniş yayılacağını istisna etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266