İKT

Mark nəyi gizlədir?
04 APREL
116

Mark nəyi gizlədir?

2019-04-04 11:48:00

Mark Zuckerberg-in Facebook-dakı köhnə paylaşımları yoxa çıxıb. Sosial şəbəkə isə bunu texniki problemlər ilə əlaqələndirib. Bu barədə Business Insider saytı xəbər verib. Silinmiş paylaşımlar arasında Mark Zuckerberg-in 2007-2008-ci illəri əhatə etmiş bütün paylaşımları yer alıb. Bundan əlavə olaraq 2012-ci ili də əhatə etmiş bir sıra paylaşımlar silinib. Məsələn 2012-ci ilin aprel ayında Mark Zuckerberg öz Facebook səhifəsində məşhur Instagram servisinin alınması barəsində məlumat paylaşmışdı və bir çox kütləvi informasiya vasitələri həmin paylaşıma istinad vermişdilər. Lakin indi həmin paylaşım Facebook-da yoxdur.

Fins.az technote.az-a istinadən bildirir ki, sosial şəbəkə təmsilçiləri isə bildiriblər ki, həmin paylaşımlar texniki problem səbəbilə siliniblər. "Bir neçə il bundan öncə Mark-ın bəzi paylaşımları texniki problem səbəbilə silinmişdi. Onların bərpası üçün böyük həcmli iş görmək lazım idi. Baxmayaraq ki, silinmiş paylaşımların 100% bərpa olunacaqlarına zəmanət verilmirdi. Buna görə də biz həmin böyük həcmli işin görülməməsinə qərar verdik"- deyə şirkət təmsilçiləri bildiriblər. Facebook-da dəqiq olaraq Mark-ın hansı sayda paylaşımının silinməsini bilmirlər. Bununla belə onlar qeyd ediblər ki, Facebook-un əsas xəbərləri şirkət bloqunun arxivində saxlanılıb.

Business Insider düşünür ki, köhnə paylaşımların silinməsi öz növbəsində Facebook tarixçəsinin və Mark Zuckerberg-in verdiyi vədlərin analizini çətinləşdirəcək. Bu isə Facebook ilə son vaxtlarda baş vermiş bir çox qalmaqalın fonunda çox aktualdır. Məsələn məşhur Instagram servisinin alınması barəsində paylaşımında Mark söz vermişdi ki, fotoservis Facebook-dan müstəqil şəkildə inkişaf etməyə davam edəcək. Lakin həmin vaxtdan bəri əksinə olaraq Instagram Facebook ilə sıx inteqrasiya edilir. Bəlkə də buna səbəb kimi keçən ilin sentyabr ayında Instagram-ın yaradıcıları şirkəti tərk etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027