İKT

Britaniyada smartfonların utilizasiyası üçün avtomatlar quraşdırılıb
03 APREL
109

Britaniyada smartfonların utilizasiyası üçün avtomatlar quraşdırılıb

2019-04-03 12:50:00

Avtomatları ABŞ ərazisində 19 milyondan çox işlənmiş mobil telefon qəbul etmiş ABŞ-ın “Gazelle” şirkəti Böyük Britaniyada ilk avtomatlarını quraşdırıb.
Fins.az xəbər verir ki, Böyük Britaniya sakinləri artıq 18 terminaldan istifadə edə bilərlər. Bu avtomatlar London və Midlendsin supermarket və ticarət mərkəzlərində quraşdırılıb. “Gazelle” gələcəkdə işlənmiş mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsinin sayını xeyli artırmağı planlaşdırır.
Öz köhnə telefonunu belə avtomatlara təhvil verən britaniyalılar ani olaraq ödəniş alırlar, həmçinin telefonlarının zibillikdə deyil, utilizasiya ediləcəyinə əmin olurlar. Terminal telefonun qiymətini cihazın modelindən, yaddaş tutumundan və ikinci bazarda qiymətindən asılı olaraq müəyyənləşdirir.
Bundan başqa, terminal telefonda cızıq olub-olmamasını yoxlayır, bütün lazımi informasiyanı oxuyur. Tam qiymətləndirmə aparıldıqdan sonra avtomat telefon üçün qiymət təklif edir. Cihazın sahibi qiymətlə razılaşa və ya satışdan imtina edə bilər. Qurğunun sahibi qiymətlə razılaşdığı halda “Gazelle”nin terminalı 2 ödəniş variantı təklif edir: “PayPal” və ya bank köçürməsi vasitəsilə.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266