İKT

Azərbaycanda intelektual oyun hazırlandı
26 MART
157

Azərbaycanda intelektual oyun hazırlandı

2019-03-26 19:34:00

Ölkəmizdə QuizAZ marifləndirici və intelektual mobil oyunu  istifadəyə verilmişdir.

Oyunda müxtəlif mövzular üzrə on minlərlə test sualı mövcuddur. Oyunu duel funksiyasına, sual sayının çoxluğuna, maraq dairəsinə uyğun mövzuların ayrı-ayrı kateqoriyalarda toplanması görə ölkəmizdə edilən yeniliklərdən hesab etmək olar.

Oyunun yaradıcısı Sevinc İsrafilovanın bildirdiyinə görə, oyunçular smartfonlarından ayrılmadan öyrənmək və əylənmək imkanı qazanıblar. Bu oyunda biliyin əldə edilməsi prosesinə geymifikasiya (gamification) metodu tətbiq edilərək, yorucu öyrənmə prosesini daha əyləncəli etmək məqsədi qoyulmuşdur.

Oyunda Texnologiya, İQ, ölkələr, logolar, bayraqlar, paytaxtlar, kinolar, dünya mətbəxi, insan bədəni, oyunlar, uşaq bölməsi, planetlər, heyvanlar aləmi və başqa digər mövzular üzrə test sualları vardır. Oyunu tək və ya tanımadığınız biri ilə duel edərək oynaya bilərsiniz. 

Oyunda uşaqlar üçün ayrıca bölmə nəzərdə tutulmuşdur. Eyni zamanda heyvanlar aləmi, planetlər, cizgi filmi və s. kimi mövzular sırf uşaqların intelektual biliklərinin yeni texnologiyaların köməyi ilə artırılmasına fokuslanmışdır.

Proqram Azərbaycan bazarı üçün durmadan inkişaf etdirilir, paralel olaraq Rusiya, Gürgüstan və Türkiyə oyun bazarına çıxmaq üzrə işlər davam etdirilir.   
Oyunu yükləmək üçün https://goo.gl/sgu4Yv linkindən istifadə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266