İKT

Flaminqonu görmək istəyənləri Qızılağac Milli Parkına dəvət edirik
19 MART
279

Flaminqonu görmək istəyənləri Qızılağac Milli Parkına dəvət edirik

2019-03-19 14:45:00

Təbiətin nadir incisi olan  və Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edirik. Hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.

Köçəri və  nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb.  Azərbaycanda  Lənkəran, Kür-Araz, Samur-Dəvəçi  ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.

Ən stabil qışlama yerləri  Qızılağac körfəziAbşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğuAğgölSarısu və  Kür-Araz düzənliyinin iri gölləridir.

Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş  torpaqdan qurur.

Qeyd edək ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda  Ağ-çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.

Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.

Bildiririk ki, Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266