İKT

Ekspert : Məhkəmə qərarı olmadan internet resursları bloklanmayacaq
15 MART
84

Ekspert : Məhkəmə qərarı olmadan internet resursları bloklanmayacaq

2019-03-15 11:53:00

“Məhkəmə qərarı olmadan milli internet resursların bloklanmasına son qoyula bilər”.

Fins.az məlumat verirki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. 

O bildirib ki, açıq hökumətin təşviqinə dair 2019-2021-ci illər üzrə Milli Fəaliyyət Planının hazırlanması üçün Strateji Yol Xəritəsi tərtib olunub:

“Artıq sənəd Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasında maraqlı tərəflərin iştirakı ilə müzakirə edilərək qəbul edilib və Açıq Hökümət Tərəfdaşlığının (Open Government Partnership - OGP) Rəhbər Komitəsinə təqdim edilib.

Bu sənəddə açıq hökumətin inkişafı, şəffaflıq, informasiya azadlığı, korrupsiyaya qarşı mübarizə və s. istiqamətdə bir sıra məsələlər nəzərdə tutulub. O cümlədən də, məhkəmə qərarları olmadan milli internet resursların bağlanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Məlum olduğu kimi iki il bundan öncə qəbul olunan dəyişikliyə görə qanunvericiliyin tələblərini pozan internet resursların məhkəmə qərarı olmadan da ölkə ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bloklanması məsələsi təsdiqlənib və artıq bu istiqamətdə bir sıra məhkəmə çəkişmələri də olub. Milli Fəaliyyət Planının cari ilin sonunda qəbul edilməsi gözlənilir”.

© Xeberler.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264