İKT

Apple şirkəti öz videoservisi vasitəsilə ildə 10 milyard dollar gəlir əldə edə bilər
14 MART
141

Apple şirkəti öz videoservisi vasitəsilə ildə 10 milyard dollar gəlir əldə edə bilər

2019-03-14 13:09:00

Wedbush şirkətinin analitiklərinin fikrincə Apple şirkətinin istifadəyə verəcəyi videoservis şirkət üçün böyük əlavə gəlir mənbəyinə çevrilə bilər. Onların hesablamalarına əsasən şirkət öz videoservisi üçün 100 milyon istifadəçi abunəliyi yığa bilsə, deməli şirkətin illik gəliri 7-10 milyard dollar arta bilər. Bu barədə Macdigger saytı xəbər verib. Ola bilər ki, şirkət öz videoservisindən illik 10 milyard dollar gəlir göstəricisinə 2024-cü ilə kimi nail ola bilsin.

Analitiklər həmçinin qeyd ediblər ki, bu, brendə olan loyallıqdan və istifadəçilərin kontent tələbatlarından asılı olacaq. Wedbush analitiklərindən biri güman edir ki, Apple şirkəti A24, Linsgate, Sony Pictures, CBS/Viacom, Netflix və MGM kimi şirkətlərin alışı ilə məşğul ola bilər. Bununla yanaşı analitik qeyd edib ki, Apple sadalanmış şirkətlər ilə artıq kiçikmiqyaslı əməkdaşlıqlara başlayıb. Buna misal olaraq Apple şirkəti ilə A24-ün birgə istehsalı olan filmi gətirmək olar. Proqnozlara əsasən Apple şirkəti öz videoservisinə aylıq abunəlik haqqından 25-35%-ni özü üçün götürəcək.

    Hal hazırda məlumdur ki, Apple şirkəti oijinal kontentin hazırlanması üçün 1 milyard dollar investisiya yatırıb. Buna baxmayaraq bu göstərici rəqiblərin etdikləri investisiya göstəriciləri ilə müqayisədə dəhşətli dərəcədə kiçikdir. Məsələn Netflix təkcə 2018-ci ildə kontent hazırlanması üçün 13 milyard dollar vəsait xərcləmişdi. Analitiklər düşünürlər ki, Apple şirkəti öz videoservisini 25 mart tarixindəki təqdimetmə tədbirində təqdim edəcək. Buna görə də həmin tədbirdə bir sıra Hollywood ulduzlarının da iştirak edəcəyi güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272