İKT

DGK mobil gömrük sistemini tətbiq edəcək
14 MART
124

DGK mobil gömrük sistemini tətbiq edəcək

2019-03-14 12:24:00

2019-cu ildə yeni hədəflərimizdən biri mobil gömrük sisteminin tətbiqidir. Fins.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

O bildirib ki, eyni zamanda Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında elektron tədris sistemi yaradılıb: "Burda məqsəd gömrük əməkdaşlarının heç yerə getmədən, vaxt itirmədən məlumatlı olmağıdır".

A. Abbasov onu da əlavə edib ki, elektron növbə sistemininin üzərində də işlər aparılır və yeniliyin cari ilin sonunadək tətbiq olunacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272