İKT

“Samsung Galaxy Note 10” iki versiyada təqdim olunacaq
14 MART
157

“Samsung Galaxy Note 10” iki versiyada təqdim olunacaq

2019-03-14 11:34:00

“XDA-Developers” saytının tərtibatçıları “Samsung” şirkətinin yeni smartfonu barəsində məlumatlar aşkar ediblər.

Fins.az “Technote”yə istinadən xəbər verir ki, əldə olunmuş məlumata əsasən, şirkətin yeni smartfonu “Davinci” kod adına sahibdir.

Tərtibatçılar “Davinci5G” adını da aşkar ediblər. Bu onu deməyə əsas verir ki, “Galaxy Note 10” iki versiyada təqdim olunacaq və onlardan biri 5G şəbəkəsini dəstəkləyəcək.

Qeyd etmək lazımdır ki, şirkət həmin addımı“Galaxy S10” seriyasının təqdimatı ilə də etmişdi. Belə ki, smartfonlardan biri də “Galaxy S10 5G” modeli idi.

Adi “Note 10” ilə “Note 10 5G” arasında texniki göstərici fərqlərinin olub-olmayacağı barəsində bir məlumat yoxdur. Son məlumat sızıntılarında qeyd olunurdu ki, “Galaxy Note 10” smartfonu 19.5:9 nisbətli 6.66 düym Infinity-O ekran, Snapdragon 855/Exynos 9810 prosessoru, dördlü arxa kamera və 4000-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Bundan əlavə olaraq şirkətin son patent sorğusunda qeyd olunurdu ki, “Galaxy Note 10” smartfonunun stilusu kamera ilə də təchiz oluna bilər.

Qeyd edək ki, bu smartfonun bu ilin avqustunda təqdim olunacağı gözlənilir.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272