İKT

Azərbaycan öz antivirus sistemini təqdim edəcək
13 MART
89

Azərbaycan öz antivirus sistemini təqdim edəcək

2019-03-13 17:58:00

Azərbaycan proqramçılarının yaratdığı antivirus sisteminin ilkin Beta versiyası cari ilin ikinci yarısında təqdim olunacaq. Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Söhbət multifunksional zərərli kompüter proqramlarının analizi proqramından (“Multifunctional Analysis Program” – MAP) gedir, hansında ki, mövcud baza üzrə zərərli proqramların axtarışı təmin olunub.

Proqramın interfeysi üç (Azərbaycan, rus və ingilis) dillərini dəstəkləyəcək. Antivirus proqramının hazırlanması mərkəzin prioritet planlar sırasına daxildir.

MAP virusların aşkar edilməsi, aktiv proseslərin təhlili, şübhə doğuran proqram və fayllara bağlı hesabatların hazırlanması, valideyn nəzarəti və s. modullarla təchiz olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264