İKT

Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək
13 MART
123

Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək

2019-03-13 09:48:00

Yaponiya Ay orbitinə çıxarılacaq yeni kosmik stansiyadakı astronavtlar üçün yaşayış modulunun inşası üzərində çalışacaq.

Fins.az ölkə KİV-lərinə istinadla xəbər verir ki, Amerika Aerokosmik Tədqiqatlar Agentliyi (NASA), Yaponiya Aerokosmik Agentliyi (JAXA) və Avropa Kosmik Agentliyi (ESA) və digər əlaqədar qurumlar “Gateway” adlandırılan kosmik stansiyanı 2026-cı ilədək inşa etməyi planlaşdırırlar. On komponentdən ibarət olacaq yeni kosmik stansiyanın inşası ilə əlaqədar vəzifə bölgüsü iştirakçı ölkələr arasında artıq aparılıb.

JAXA və ESA beynəlxalq yaşayış modulunun inşası ilə məşğul olacaq. JAXA, həmçinin NASA ilə birlikdə Ay stansiyasına yüklərin çatdırılması üçün yük modulunun inşasını həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262