İKT

"Huawei"nin bu modeli tanıtımdan əvvəl satışa çıxarıldı
12 MART
86

"Huawei"nin bu modeli tanıtımdan əvvəl satışa çıxarıldı

2019-03-12 12:40:00

26 mart tarixində Parisdə tanıtımı keçiriləcək "Huawei P30" modellərindən biri tanıtımdan əvvəl satışa çıxarılıb.

Fins.az  xəbər verir ki, "P30 Lite" Polşanın onlayn alış-veriş saytlarının birində təqdim olunmağa başlayıb. "Huawei P30 Lite 128 GB Black" başlığı ilə satışa çıxarılan smartfonun qiyməti də 370 avro qeyd olunub. 

6.15 düym ekranlı "P30 Lite" "Kirin 7102 prosessoru ilə təchiz olunub. Cihazın arxasında 20+16+2 megapikselli üç kamera quraşdırılıb.

Qeyd edək ki, 26 mart tarixində "Huawei" "P30 Lite" ilə bərabər "P30" və "P30 Pro" da tanıdılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264