İKT

Yevlaxdakı ehtiyyat DATA mərkəzinin təhvil veriləcəyi TARİX AÇIQLANDI
12 MART
156

Yevlaxdakı ehtiyyat DATA mərkəzinin təhvil veriləcəyi TARİX AÇIQLANDI

2019-03-12 11:37:00

Yevlaxda yerləşən ehtiyyat DATA-mərkəz iyul ayında təhvil veriləcək.

Fins.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzLnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev deyib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Tier 3” sertifikatlı DATA-mərkəzi Bakıda yerləşir. Lakin Yevlaxda ehtiyyat DATA-mərkəzdə inşa olunur. Elə təşkilatlar var ki, onların IT mərkəzləri olmadığı üçün onların məlumatları DATA-mərkəzdə qorunur. Biz müştərilərimizə Bakıdan 300 kilometr məsafədə, Yevlaxda yerləşən ehtiyyat DATA-mərkəzin xidmətlərini təklif edirik. Bu DATA-mərkəzin bu ilin iyulunda təhvil verilməsi gözlənilir. Ehtiyyat DATA-mərkəzdə məlumatlar əsas DATA-mərkəzdə olduğu kimi qorunur və hər hansı fövqəladə hal, fəlakət zamanı itkilərin qarşısını almağa şərait yaradır”, - deyə C.Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269