İKT

“Wi-Fi” vasitəsilə məlumatlarınız oğurlana bilər – YENİ ÜSUL
12 MART
75

“Wi-Fi” vasitəsilə məlumatlarınız oğurlana bilər – YENİ ÜSUL

2019-03-12 10:15:00

 “Wi-Fi” şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır.

Fins.az-ın xəbərinə görə, Belçikanın Leven Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qərara gəliblər.

 Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.
“Wi-Fi” vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.

 2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan “Wireless Protected Access 2” (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. “WPA-2” texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün “Key Reinstallation Attacks” (KRACK) proqramından istifadə edirlər. 

“Google” və “Apple” kimi nəhəng şirkətlər artıq belə boşluğu aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri hazırlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264