İKT

Yeni “iPhone”un özəllikləri məlum oldu
12 MART
147

Yeni “iPhone”un özəllikləri məlum oldu

2019-03-12 10:13:00

Bu ilin payız aylarında təqdimatı gözlənilən yeni nəsil “iPhone” smartfonlarında 3D fotoşəkillər çəkmək funksiyası olacaq.

Nəşrin proqnozlarına görə, əsas dəyişiklik üç linzalı kamera olacaq. Beləcə, “Apple” şirkəti artıq öz flaqmanlarını 3D fotoşəkil funksiyası ilə təchiz etmiş bazar rəqibləri  “Samsung” və “Huawei” ilə ayaqlaşmaq niyyətindədir.  

Amerikalı istehsalçının gələcək “iPhone”lara 2020-ci ildən etibarən mürəkkəb 3D kameralar quraşdıracağı, habelə buna qədər “iPad” planşetlərinin eyni texnologiya ilə təchiz olunacağı bildirilir.

Bundan başqa, gələcək “iPhone” kameralarının keyfiyyəti artırılacaq və Face ID (sahibin üzünün tanınması) proqramı təkmilləşdiriləcək.

Yeni “iPhone”larda başqa cihazları qidalandırmaq funksiyasının peyda olacağı gözlənilir.

Habelə təqdimatda ən çox rezonans doğuran yenilik flaqman smartfonun Lightning qidalanma sistemi ilə təchizatı və USB-C yuvasına keçid ola bilər. Lakin bəzi analitiklər bu şayiələrin inandırıcı olmadığını hesab edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264