İKT

İran hakerləri 200-dən çox şirkətə hücum ediblər
07 MART
109

İran hakerləri 200-dən çox şirkətə hücum ediblər

2019-03-07 11:35:00

Son iki ildə dünyada 200-dən çox şirkət İran hökuməti ilə əlaqəli olduğu güman edilən hakerlər qrupunun hücumlarına məruz qalıb.

 Bu barədə “Microsoft” korporasiyasının araşdırmasında deyilir.

Hakerlər əsasən neft-qaz şirkətlərinə, maşınqayırma müəssisələrinə, eləcə də Almaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan və ABŞ kimi ölkələrdə beynəlxalq bizneslə məşğul olan konsernlərə hücum ediblər.

Korporasiyanın məlumatına görə, iranlı hakerlərin vurduğu ümumi zərər 100 milyonlarla dollara çatıb.

Ekspertlərin qiymətləndirməsinə görə, hücumların arxasında İran hökuməti ilə əlaqəsi olan “Holmium” haker qrupu dayanıb. Araşdırmada həmçinin “Holmium”un tapşırığı ilə başqa bir haker qrupunun – “APT33″ün də müəyyən əməllərinin olduğu göstərilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264