İKT

Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir
07 MART
144

Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir

2019-03-07 11:14:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom MMC, Yevlaxda ehtiyat DATA-mərkəzinin tikintisinə start verib.

Fins.az xəbər verir ki, bu barədə ONA-ya AzInTelecom-un kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib. Onun sözlərinə görə, ehtiyat DATA-mərkəzi dövlət rabitə operatoru Aztelekom MMC-in Yevlax telekommunikasiya qovşağı ərazisində yerləşəcək.

“Yevlaxdakı ehtiyat DATA-mərkəzi Tier3 sertifikatına malik olacaq və Bakıdakı əsas mərkəzdə olduğu kimi, burada da bütün xidmətlər istifadəçilərin ixtiyarına veriləcək. Mərkəzin istifadəyə verilməsi bu ilin üçü rübünə nəzərdə tutulub”, - deyə o bildirib.

R. Əliyevin sözlərinə görə, təqdim olunacaq sistemin demo-versiyası artıq sınaq mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264