İKT

Bu cihaz vasitəsilə uşaqlar pulları ağılla xərcləyəcək
06 MART
155

Bu cihaz vasitəsilə uşaqlar pulları ağılla xərcləyəcək

2019-03-06 16:33:00

Xiaomi” şirkəti “Pupupula Smart Piggy Bank” adlı ağıllı pul daxılını təqdim etdi.

Yeni cihaz uşaqlara pulları ağılla xərcləməyi öyrədəcək.

Pul daxılı 1,54 düym ölçülü ekranla təchiz edilib. Displeydə müxtəlif məlumatlar və smayliklər əks olunur. Yeni cihazı smartfonda quraşdırılan tətbiq vasitəsilə idarəetmək mümkündür. Bu zaman daxıla pul qoyub və ya götürərkən hər zaman smartfonda xüsusi pin kodu daxil etmək gərəkir.

Uşaq daxıla pul əlavə edəndə cihaz tullanaraq sevincli səs, pul çıxaranda isə məyus səs çıxarır.

Yeni cihazın qiyməti 60 ABŞ dolları təşkil edir və 13 apreldə satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262