İKT

Donald Trampın “Twitter” səhifəsindən pul qazanmağın yolu tapılıb
06 MART
103

Donald Trampın “Twitter” səhifəsindən pul qazanmağın yolu tapılıb

2019-03-06 16:25:00

Amerikalı maliyyəçi Filip Verlecer sahib olduğu məsləhətçi şirkətinin müştəriləri üçün neft qiymətlərinin dəyişməsindən qazanc götürmək imkanı yaradan üsul icad edib.

Fins.az xəbər verir ki, yeni üsulun bünövrəsini ABŞ Prezidenti Donald Trampın “Twitter”dəki yazıları təşkil edir.

Belə ki, dövlət başçısının mütəmadi olaraq neft bazarındakı qiymətlərin azalmasına nail olmaq üçün sosial şəbəkədə statuslar yazdığı məlum olub. Məsələn, bir dəfə neftin qiyməti məhz D.Tramp tərəfindən “ifrat bahaçılıq”la bağlı statusundan sonra kəskin aşağı düşmüşdü.

F.Verlecerin fikrincə, ABŞ Prezidentinin neft qiymətləri ilə bağlı statuslarını izləyib neft şirkətlərinin qiymətli kağızlarını məhz ucuzlaşacaqları nəzərə alınmaqla satanlar qazanc əldə edə bilərlər.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264