İKT

Azərbaycan poçtunun ödəniş kartlarının sayı 2,3 dəfə artıb
06 MART
89

Azərbaycan poçtunun ödəniş kartlarının sayı 2,3 dəfə artıb

2019-03-06 09:43:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 2018-ci il ərzində 82 min ödəniş kartı emissiya edilib.

Fins.az-ın ONA-ya  istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

2017-ci ilə nisbətdə poçt operatoruna məxsus olan aktiv ödəniş kartlarının ümumi sayı təqribən 2,3 dəfə artaraq 146 minə çatdırılıb. 2018-ci il ərzində poçt və maliyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər davam etdirilib, nağdsız əməliyyatların həcminin artırılması və bank infrastrukturunun genişləndirilməsi məqsədilə 31 bankomat, 79-u nağdlaşdırma, 97-si qeyri-nağd ödənişlərin qəbulu üçün nəzərdə tutulmuş mobil POS-terminal müştərilərin istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264