İKT

“Galaxy S10 Plus”un maya dəyəri əslində nə qədərdir? – FOTOLAR
05 MART
400

“Galaxy S10 Plus”un maya dəyəri əslində nə qədərdir? – FOTOLAR

2019-03-05 12:26:00

“TechInsights” saytının mütəxəssisləri yeni “Galaxy S10 Plus” flaqman smartfonunu hissələrə ayıraraq cihazın maya dəyərini araşdırıblar.

Fins.az Technote-yə istinadən xəbər verir ki, əldə olunmuş rəqəmlər smartfonun komplektasiya detallarını, yığılmasnı və testlərini əhatə edir. Bura şirkətin tədqiqatlar, marketinq və logistika xərcləri daxil deyil.

Məlumata görə, bu modelin ən bahalı detalları AMOLED ekran (86.5 dollar), “Exynos 9820” prosessoru (70.5 dollar) və kamera modullarıdır (56.5 dollar).

 

Keçən il buraxılan “Galaxy S9 Plus” modeli ilə müqayisədə ekranın və prosessorun qiyməti qalxıb. Belə ki, ekranın qiyməti 14 dollar, prosessorun qiyməti isə 2.5 dollar yüksəlib. Smartfonun yaddaş modullarının ümumi qiyməti isə dəyişilməz olaraq qalıb (50.5 dollar).

Buna baxmayaraq “Galaxy S10 Plus”un yaddaş göstəriciləri yüksəlib. Belə ki, smartfon 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunub. “Galaxy S9 Plus”un standart versiyası isə 6 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunurdu.

Beləliklə, hesablamalara əsasən “Galaxy S10 Plus” modelinin maya dəyəri 420 dollar təşkil edib. “Galaxy S9 Plus” isə 379 dollar təşkil etmişdi.

Qeyd edək ki, “Galaxy S10 Plus”un qlobal satış qiyməti 999 dollardan başlayır.

 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269