İKT

“Google” şirkətində daha bir vergi qalmaqalı
05 MART
99

“Google” şirkətində daha bir vergi qalmaqalı

2019-03-05 11:01:00

“Google” şirkəti Hollandiyada qeydiyyata alınmış başqa bir şirkət vasitəsilə 2017-ci ildə Bermud adalarına 19,9 milyard avro (38,4 milyard manat) pul köçürüb. Köçürmə, Hollandiyanın Ticarət Palatasına təqdim edilmiş sənədlərdə göstərildiyi kimi, xarici vergilər üzrə ödənişlərin azaldılmasına imkan yaradan saziş əsasında aparılıb. “Google” şirkətinin açıqlamasında isə bildirilib ki, şirkət dünyanın hansı ölkəsində işləyirsə, həmin ölkənin vergi qanunvericiliyinə əməl edir və bütün vergiləri ödəyir: “Digər transmilli şirkətlər kimi, “Google” şirkəti də mənfəət vergisinin əksər hissəsini öz ölkəsində ödəyir, biz son on ildə dünya üzrə 26 faiz həcmində effektiv dərəcə ilə vergi ödəmişik”.

Məsələ bundadır ki, şirkətin imzaladığı saziş on ildən artıq müddət ərzində “Google Alphabet (GOOGL.O)” şirkətinin sahibinə ABŞ-dan kənarda əldə edilmiş mənfəət üçün birrəqəmli aşağı efektiv dərəcə ilə vergi ödəməyə şərait yaradıb (bu vergi dərəcəsi xarici bazarlardakı vergi dərəcəsinin təxminən dörddəbiri qədərdir). Hollandiyadakı törəmə şirkət ABŞ sərhədlərindən kənarda əldə olunmuş royalti gəlirlərinin Bermud adalarında yerləşən “Google Ireland Holdings” adlı filiala köçürülməsi üçün istifadə edilir ki, şirkətlər orada mənfəət vergisindən azaddırlar.

© Vergilər.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264