İKT

"Instagram"ın işində problem yaranıb
05 MART
71

"Instagram"ın işində problem yaranıb

2019-03-05 09:42:00

Bazar ertəsi bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb.

"ABŞ-ın şərq sahilində 16:13-dən "Instagram"ın işində problemlər müşahidə olunur", - deyə məlumatda bildirilir.

Sosial şəbəkənin işindən daha çox Avstriya, Almaniya, İspaniya, Niderlan və Fransada yaşayan istifadəçilər şikayətləniblər. Problemlər həmçinin İtaliya, Polşa, ABŞ, Türkiyə və İsveçdə də qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264