İKT

“Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
04 MART
115

“Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır

2019-03-04 09:42:00

“Facebook” şirkəti məxfi layihə çərçivəsində steyblkoin adlı kriptovalyutanın yaradılması üzərində işləyir.

Fins.az xəbər verir ki, steyblkoin WhatsApp istifadəçiləri üçün dostlar və qohumlara ani köçürmə etmək imkanı yaradacaq.

Bildirilir ki, steyblkoin ABŞ dolları və digər dayanıqlı valyutaların məzənnəsinə bağlı olan rəqəmsal valyuta növüdür.

Qeyd olunur ki, layihə artıq xeyli irəliləyib, çünki “Facebook” kriptovalyuta birjaları ilə steyblkoinin satışına dair danışıqlar aparıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264