İKT

PlayStation şirkətinin yeni prezidenti MƏLUM OLDU
13 FEVRAL
135

PlayStation şirkətinin yeni prezidenti MƏLUM OLDU

2019-02-13 14:32:00

2019-cu il aprelin 1-dən etibarən Jim Ryan, Sony Interactive Entertainment şirkətinin prezidenti və baş icraçı direktoru olacaq.

O, 1994-cü ildən bəri PlayStation-da çalışıb və bu müddət ərzində şirkətin Avropa ofisinə başçılıq etməkdə müvəffəq ola bilib. Hazırda John prezidentin köməkçisi vəzifəsində çalışır.

Ryan bu vəzifəyə bu yaxınlarda, 2017-ci ilin oktyabrında təyin olunmuş John Coder-i əvəz edəcək.

Coder isə “yenilikçi istifadəçi təəssüratlarının” yaradılması və PlayStation
şəbəkəsinin gələcək inkişafı ilə məşğul olacaq.

Yerdəyişmənin səbəbləri açıqlanmır, lakin indi Jim Ryan birbaşa Sony Kenichiro Yoshida-nın baş direktoru qarşısında hesabat verəcək.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263