İKT

“Redmi Note 7” satış hədəfinə çatdı
12 FEVRAL
101

“Redmi Note 7” satış hədəfinə çatdı

2019-02-12 15:49:00

“Redmi Note 7”nin satış sayı açıqlanıb.

Fins.az xəbər verir ki, smartfonun satışına 15 yanvarda start verilsə də, artıq hədəf əldə edilib.

Hər mərhələdə 100 minlərlə smartfonun satışa çıxarılmasına baxmayaraq onların hamısının satışına yalnız bir neçə dəqiqə kifayət edib. Artıq şirkət 4 həftə ərzində satılan “Redmi Note 7”nin sayını açıqlayıb. Belə ki, qeyd olunan dövr ərzində bu modelin satış sayı 1 mln. ədədə çatıb.

Qeyd edək ki, bundan öncə də şirkətin baş icraçı direktoru Lu Weibing şirkətin 1 mln. telefon satmağa hazır olduqlarını bildirmişdi.

Daxili bazarda belə pozitiv nəticə əldə edən şirkətin xarici bazarda da nəticələri səbrsizliklə gözlənilir. Belə ki, yaxın zamanda “Redmi Note 7”nin Hindistanda satışlarına start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259