İKT

Azərbaycanda 18 yaşınadək şəxslərə qadağalar qoyulur
12 FEVRAL
264

Azərbaycanda 18 yaşınadək şəxslərə qadağalar qoyulur

2019-02-12 15:16:00

Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Fins.az xəbər verir ki, bu haqda "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə bildirilib.

Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.

 Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.

Dəyişikliklər deputatların müzakirəsindən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262