İKT

"Yandeks" şirkəti serial istehsalına başlayır
12 FEVRAL
155

"Yandeks" şirkəti serial istehsalına başlayır

2019-02-12 11:43:00

Rusiyanın "Yandeks" şirkəti serial istehsalına başlayır.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, "Vedomosti" qəzetinin yazdığına görə, "Yandeks. Studiya" artıq bu il azı 8 serialın çəkilişlərinə başlamaq niyyətindədir. İlk layihələrin 2020-ci ildə nümayiş ediləcəyi gözlənilir. Şirkət, həmçinin müxtəlif janrlarda filmlər və şou proqramlar da çəkəcək.

"Yandeks" şirkətinin Rusiya kinematoqrafiyasına həsr olunmuş "Kinopoisk" resursunun tərkibində onlayn kinoteatrı fəaliyyət göstərir. Şirkətdəki mənbə "Vedomosti" nəşrinə bildirib ki, "Yandeks" öz istehsalına başlamaqla onlayn kinoteatrı inkişaf etdirməyə və pullu abunəçilərin sayını artırmağa ümid bəsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262