İKT

Bu şirkət səsdən sürətli biznes-təyyarə satışa çıxaracaq
12 FEVRAL
174

Bu şirkət səsdən sürətli biznes-təyyarə satışa çıxaracaq

2019-02-12 11:44:00

Fins.az-ın məlumatına görə, səsdən sürətli sərnişin təyyarəsinin bərpası layihəsinə qoşulan Amerikanın “Boeing” şirkəti “Aerion” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzaladığını elan edib. Çox güman, dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri “Aerion AS2” səsdən sürətli biznes-jetin hazırlanması üçün özünün mühəndis, istehsal və sınaq imkanlarını təqdim edə biləcək.2003-cü ildə səsdən sürətli sərnişin təyyarəsi “Concorde”-un istismar proqramını bağlayıb ondan imtina etməklə aviasiya sənayesi geriyə doğru böyük addım atıb. O vaxtdan bəri “Concorde” təyyarələrini əvəzləyə biləcək model gəlməyib. Lakin səsdən sürətli sərnişin avilaynerinin ilk uçuşundan bugünədək əhəmiyyətli texnoloji tərəqqi baş verib, ona görə əldə olunan bilgi və təcrübə artıq səs sürətindən yüksək sürətlə məsafə qət edə bilən, daha qənaətcil, ekoloji cəhətdən təmiz və daha təhlükəsiz sərnişin təyyarələrinin istehsalını yenidən nəzərdən keçirməyə imkan verir.Son on ildə “Concorde”-a xələf yarışının aparıcı iştirakçılarından biri Nevadada yerləşən Amerika şirkəti “Aerion”-dur. Şirkət 1,4 Max (saatda 1671 kilometr) sürət yığa bilən 12 yerli biznes-jet üzərində işləyir. Daha əvvəl təklif edilən konsepsiyalara əsasən, səsdən sürətli biznes-jet “GE Aviation” şirkətinin istehsal etdiyi üç ədəd yeni nəsil “Affinity” aviamühərriki bazasında işləyəcək.

“GE” şirkəti tərəfindən təqdim olunan yeni növ mühərrik detonasiya prosesi vasitəsilə fəaliyyət göstərəcək: burada yanma cəbhəsi səsin sürətindən daha sürətlə yayılacaq. Bundan başqa, yanacaq boyu kimyəvi reaksiyaya səbəb olan güclü zərbə dalğası yayılacaq. Bu da böyük miqdarda istilik ayrılması ilə nəticələnəcək. Belə bir yanaşma adi mühərriklə müqayisədə yanacağı daha tez yandırmağa imkan yaradır.

“Concorde” təyyarələrinin əsas çatışmazlıqlarından biri səs olub. Bu, xüsusilə səs baryerini aşanda daha çox hiss edilib. Belə olduğu təqdirdə təyyarənin ətrafında kəskin səslə müşayiət olunan zərbə dalğası formalaşıb. “Aerion” şirkəti qeyd edir ki, təklif etdikləri təkmilləşdirilmiş dizayn və füzelyaj konstruksiyası təyyarənin səs göstəricilərini əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradır.

“AS2” biznes-jetin kommersiya istehsalının 2023-cü ildə, satışların isə 2025-ci ildə başlayacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266