İKT

Essential Phone 2 smartfonunun ilk sxematik fotoları
12 FEVRAL
154

Essential Phone 2 smartfonunun ilk sxematik fotoları

2019-02-12 11:31:00

Slashgear saytının mütəxəssisləri internetdə Essential şirkətinin yeni smartfon modeli olacaq Essential Phone 2-nin sxematik fotolarını aşkar ediblər. Aşkar edilmiş fotolardakı smartfon modeli tamamilə çərçivəsiz ekrana sahiibdir.

Milli.Az technote.az-a istinadən bildirir ki, ekranın yuxarı hissəsinin mərkəzində standart çıxıntı hissə əvəzinə ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşir.

Bundan əlavə olaraq Essential Phone 2 ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz olunacaq. Bu texnologiya smartfonun aşağı hissəsində yerləşən rəqəmsal idarəetmə düyməsinə inteqrasiya ediləcək. Essential Phone 2 USB-C girişinə və 3.5 mm-lik audiogirişə sahib olacaq.

 

Qeyd etmək lazımdır ki, birinci Essential Phone-da 3.5 mm-lik audiogiriş hissəsi yox idi. Essential Phone 2 səsli idarəetmə sisteminə sahib olacaq. Həmin sistem smartfonda yerləşdiriləcək süni zəka texnologiyası vasitəsilə reallaşdırılacaq. Təəssüflər olsun ki, smartfon barəsində heç bir digər məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262