İKT

Xiaomi tam çərçivəsiz və çıxıntı hissəsiz smartfonun patentini alıb
12 FEVRAL
152

Xiaomi tam çərçivəsiz və çıxıntı hissəsiz smartfonun patentini alıb

2019-02-12 11:26:00

İntellektual mülkiyyət üzrə ümumdünya təşkilatının məlumatlar bazasında Xiaomi şirkətinin yeni patenti aşkar edilib. Həmin patentdə şirkətin tamamilə çərçivəsiz və çıxıntı hissəsiz ekrana sahib smartfonu əks olunub. Bu barədə LetsGoDigital saytı xəbər verb. Patentin sxematik fotosundan da görmək olar ki, smartfonun ekranı ön panelin bütün hissəsini əhatə edir. Smartfon yalnız aşağı hissədən USB Type-C girişinə sahibdir.

Fins.az technote.az-a istinadən bildirir ki, ekranın üzərində heç bir çıxıntı hissə yoxdur. Buna görə də ön kamera ya ekranın özünə inteqrasiya edilib ya da Mi Mix 3 modelindəki kimi slayder formatında reallaşdırılıb. Səsgücləndiricilərin yerinə səs çox güman ki, smartfon ekranı vasitəsilə ötürüləcək. Ekran kənarları hər 4 tərəfdən əyilmiş dizayna sahibdirlər. Smartfonun arxa panelində həmçinin ikili kamera da var. Arxa paneldə barmaq izi skanı texnologiyası üçün nəzərdə tutulmuş hissə yoxdur. Çox güman ki, o da ekrana inteqrasiya edilib. Nəticədə Xiaomi şirkətinin bu cür smartfonu istehsal edib-etməyəcəyi məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262