İKT

“Android” sistemli qurğularda kritik boşluq aşkar edilib
11 FEVRAL
146

“Android” sistemli qurğularda kritik boşluq aşkar edilib

2019-02-11 17:41:00

“Google”un texniki mütəxəssisləri tərəfindən “Android” əməliyyat sistemində aşkar edilmiş boşluq şəklə baxış proqramı üzərindən istənilən kodu icra etməyə imkan verir. Saytda dərc edilmiş təhlükəsizlik bülleteninə əsasən, bu problem sonuncu yeniləmədə aradan qaldırılıb.
Fins.az xəbər verir ki, tərtibatçıların sözlərinə görə, qurğuda zərərli proqramların uzaq məsafədən işə salınması üçün PNG formatlı fayllara baxış proqramı istifadə edilirdi. Məlumata görə, aşkar edilmiş boşluq “Android” sisteminin 7.0-dan (Nougat) son versiyası (Pie) daxil olmaqla bütün versiyaları üçün təhlükə mənbəyi idi.
 
Mütəxəssislər əmin edirlər ki, sözügedən boşluq hücumların həyata keçirilməsində istifadə edilməyib, ancaq istifadəçilərə imkan daxilində öz qurğularına qurulmuş “Android” sisteminə son versiyanı yükləmək tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262