İKT

2050-ci ildə bu avadanlıqlar tullantı olacaq-SOS
11 FEVRAL
237

2050-ci ildə bu avadanlıqlar tullantı olacaq-SOS

2019-02-11 17:15:00

Fins.az-ın məlumatına görə, hər il zibilliklərə 60 milyard dollarlıq məişət texnikası atılır.2016-cı ildə bütün dünyada elektron tullantıların həcmi 44,7 milyon ton təşkil etdi ki,bu 125 min «Boeing 747» təyyarəsi və ya 4,5 min «Eyfel» qülləsinin çəki ilə müqayisə edilə bilər. Ötən il bu qorxunc rəqəm 48,5 milyon ton oldu.2050-ci ilə isə bu rəqəm 120 milyon tona çata bilər. Tullantıların 37,6% (16,8 milyon ton) kiçik ölçülü avadanlıq (bura tozsoran, ütülər, elektrik çaynikləri və başqaları),20,4% (9,1 milyon ton) böyük avadanlıq (soyuducular və ya paltaryuyan maşınlar),17% (7,6 milyon ton) qızma və ya soyuma avadanlığı,14,7% (6,6 milyon ton) elektron ekranlar təşkil edir.Smartfonlar, planşetlər və başqa qurğular tullantılarda payı 8,7% (3,9 milyon ton) 1,6% (700 min ton) isə müxtəlif lampalar təçkil edir.
Dünya üzrə Norveç ən çox olmaqla (ildə adambaşına 28,3 kq ) sakinləri ən çox elektron tullantılar atırlar.Bundan sonrakı ardıcıllıqda isə İsveçrə (26,3 kq), İslandiya (25,9 kq), Danimarka (23,9 kq) və Böyük Britaniya (23,4 kq) gəlir. ABŞ sakinləri üçün bu göstərici təxminən 20 kq təşkil edir, Avropa Birliyi sakinləri üçün bütovlükdə 17,7 kq, Afrika sakinləri üçün 1,9 kq tə.kil edir. Ən az Niger (400 q) sakinləri elektron tullantılar ixrac edir.Sonrakı yerlərdə isə Efiopiya (500 q), Əfqanıstan və Uqanda (600 q) gəlir.Müxtəlif ölkələr elektron tullantılardan yalnız təxminən 20%-dən uyğun şəkildə istifadə edir.Bunların böyük əksəriyyəti yandırılır və ya qeyri-leqal satılır və iştifadə edilir. Hətta tullantıların emalı üzrə dünya lideri Avropa Birliyində yalnız 35% elektron zibil uyğun şəkildə işlənir.Daha zəngin ölkələrdən elektron tullantıların qeyri-leqal daşınması böyük problemdir.Yalnız Avropa Birliyindən hər il qeyri-leqal 1,3 milyon ton elektron zibil çıxarılır. ABŞ-dan, Kanadadan, Qərbi Avropadan, Avstraliyadan, Cənubi Koreyadan,Hindistan, Şərqi Avropa, Latın Amerikası və Afrikanın bəzi ölkələri və Yaponiyadan elektron tullantı Çinə ixrac edilir. «Tokio-2020» Olimpiyadasında qaliblərə təqdim ediləcək qızıl,gümüş və bürünc medallar zibilliyə atılan tullantı smartfonların hissələrindən alınacaq.Bunun üçün ümumilikdə 5 milyondan çox təxminən 47 488 ton elektron tullantı qurğu toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262