İKT

Artıq “iPhone” və “Xiaomi” alınmır – SƏBƏB
11 FEVRAL
930

Artıq “iPhone” və “Xiaomi” alınmır – SƏBƏB

2019-02-11 18:33:00

Çində “iPhone” və “Xiaomi” smartfonlarının alışı kəskin azalıb.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, Çin smartfon bazarında “iPhone” alışı son rübdə 20% azalıb. Ümumilikdə isə bu bazar sonuncu rübdə 9,7% azalıb. Beləliklə, “Apple” “Huawei”, “Oppo” və “Vivo”dan sonra 4-cü pillədə qərarlaşıb.

Bu bazarda “iPhone” markasına olan tələbatın azalması iqtisadi amillərlə də bağlıdır. Həmçinin yeni alınan smartfonlardan insanların uzun müddət istifadə etməsi də alışa təsir edən amillərdəndir. Amma ilin əvvəlindən “iPhone”ların qiymətinin düşməsi alış tempini artırıb.

“Xiaomi”nin satış həcmi isə 4-cü rübdə 35% azalıb. Amma buna baxmayaraq doğma vətənində bu modellərin satış həcmi “iPhone”u qabaqlayır.

Sonuncu rüb ən çox satılan smartfon “Huawei”dir. Bu modelin satışı 23,3% artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259