İKT

“Xiaomi” ittihamlara cavab verib
11 FEVRAL
104

“Xiaomi” ittihamlara cavab verib

2019-02-11 11:38:00

Çinin “Xiaomi” şirkətinin mətbuat xidməti onun aparıcı smartfon modellərindən birinin elektromaqnit şüalanmasının rəqib şirkətlərin modelləri ilə müqayisədə ən yüksək səviyyədə olması barədə informasiyanı şərh edib.

Fins.az xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, “Xiaomi” istifadəçilərin təhlükəsizliyinin qayğısına qalır və telefonlara tələblər barədə qanunlara ciddi riayət edir.

Məlumatda deyilir ki, Avropa İttifaqı Şurasının 2,0 vt/kq həddində məhdudiyyətlərinə riayət edən bazarlarda “Mi A1” üçün elektromaqnit enerjisinin udulmasının xüsusi əmsalı testinin nəticəsi 1,75 vt/kq təşkil edib. ABŞ Federal Rabitə Komissiyasının normativlərinə riayət edən bazarlarda isə “Mi A1” üçün testin maksimum nəticəsi 1,26 vt/kq-dır.

Bir qədər əvvəl “Statista” şirkətinin ekspertləri şüalanma səviyyəsi çox yüksək olan smartfonları açıqlayıblar. Reytinqdə birinci yeri “Xiaomi Mi A1” (1,75 vt/kq) tutub. Mütəxəssislər Almaniya Radiasiyadan Müdafiə İdarəsinin məlumatlarından istifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259