İKT

Bu ölkədə robot kollecə imtahan verəcək
09 FEVRAL
350

Bu ölkədə robot kollecə imtahan verəcək

2019-02-09 19:25:00

Fins.az-ın məlumatına görə, Çində hazırlanmış «AI-MATHS» robotu səylə qəbul imtahanlarına hazırlanır və artıq bu günlərdə kollecə daxil olmağa çalışacaq. Robot süni intellekt sahəsində ixtisaslaşan «AI Chengdu Zhunxingyunxue Technology» şirkəti tərəfindən yaradılıb. Robotun yaradılmasıyla məşğul olan mütəxəssislər bildirib ki, «AI-MATHS» sınağının gedişatında Çin milli qəbul imtahanını verməyə cəhd edəcək. Bunun üçün ona riyaziyyatdan test məsələləinə cavab vermək lazım olacaq. İmtahan təqribən iki saat davam edəcək.«AI Chengdu Zhunxingyunxue Technology» baş direktoru bildirib ki, robot bu ilin əvvəlində oxşar imtahanda iştirak edərək 100 mümkün baldan 93 bal yığa bilib. Qeyd edək ki, robot imtahanının müvəffəqiyyətlə verib qəbul olunsa da o kollecdə oxumayacaq.Ancaq istehsalçılar onun qışdan bəri nə qədər təkmilləşdiyinə əmin olacaqlar.Çində qəbul imtahanları iyulun 7-də keçiriləcək və istehsalçılara lazımi «şparqalkalar»ı robota öyrətmək üçün çox az vaxt qaldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır