İKT

İnsan dərisinə tətbiq edilən növbəti texnoloji yenilik
09 FEVRAL
334

İnsan dərisinə tətbiq edilən növbəti texnoloji yenilik

2019-02-09 12:13:00

LogicInk» şirkəti ultrabənövşəyi şüanı ölçən adi yapşıqanlı şəffaf plastır formasında olan «LogicInk UV» adlı qurğu təqdim etdi. Bu sadə qurğu insanı hansı dərəcədə günəş şüasını qəbul etdiyi haqda xəbərdar edəcək. Fins.az-ın məlumatına görə, dairəvi formada olan kiçik yapışqanlı plastr iki hissəsdən ibarətdir. Birinci, həmin anda ultrabənövşəyi təsirin ölçüsünü göstərir və maksimal günəş şüalanması zamanı o bənövşəyi rəng alır. İkinci hissə həmin komponentin təsirini göstərir və uzun müddətli ölçülər edir. Bu zaman bənövşəyi rəng açıq-çəhrayi rəngə dəyişdirməyə başlayacaq. Qurğu su və ya gündən qorumaq üçün istifadə edilən kremin təsirindən xarab olmur.Onun istifadəsi rahatlığın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır