İKT

Bu startap invstorlardan 530 milyon dollar cəlb edib
08 FEVRAL
335

Bu startap invstorlardan 530 milyon dollar cəlb edib

2019-02-08 23:36:00

2,5 milyard dollar dəyərində qiymətləndirilib. Pilotsuz avtomobil sahəsindəki Aurora Innovation startup-ı, Sequoia Capital fondu, Amazon və T. Rowe Price Holding (Tesla-nın Ilona Mask-dan sonra ikinci ən böyük səhmdarı) da daxil olmaqla, digər sərmayəçilərdən 530 milyon dollar cəlb edib. Sərmayəçilər, şirkəti təxminən 2,5 milyard dollar dəyərində qiymətləndiriblər, Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, maliyyələşdirmə şirkətə avtonom sürücülük sistemini inkişaf etdirməyə, testlərini davam etdirməyə və öz kadrlarını genişləndirməyə imkan verəcəkdir. Hal-hazırda, Aurora 250 işçiyə və 10 test maşınına sahibdir. Aurora 2017-ci ildə yaradılıb, Bloomberg sərmayəçilərin ona qarşı olan etimadını belə izah edir: Chris Urmson, Google-da pilotsuz avtomobil sistemlərinin inkişaf etdirilməsi sahəsində ilk layihə menecerlərindən biri olmuşdur. Daha sonra, o, Waymo adını almışdır. Sterling Anderson daha əvvəl Tesla-nın avtopilot inkişaf şöbəsinə rəhbərlik edib. Drew Bagnell Uber-də qabaqcıl texnologiya bölməsinin yaradıcılarından biridir. “Son bir neçə il ərzində biz avtonəqliyyat vasitələrinin yaradılması ilə məşğul olan 15-dən çox aparıcı şirkətlə görüşlər keçirdik. Aurora – avtopilot nəqliyyat vasitələri sektorunda fəaliyyət göstərən ideal komandadır”, – Karl Eschenbach. Amazon və Aurora şirkətlərinin əməkdaşlığı hələ dəqiq deyil, lakin çatdırılma üçün avtopilot nəqliyyat vasitələrinin istifadəsi, riteylerin logistika xərclərini azaltmasına kömək edəcəyi məlumdur. The Wall Street Journal qeyd edir ki, 2018-ci ildə Amazon-nun çatdırılma xərcləri 27% artaraq 27,7 milyard dollara çatıb. Hal-hazırda, Aurora proqram və aparat təminatının üzərində çalışır. İki il ərzində, şirkət, Hyundai Motor, Volkswagen və Byton kimi şirkətlərlə razılığa gələ bilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257