İKT

"Ağıllı" əl protezi- süni intelektin insan bədəninə uyğunlaşdırılması
08 FEVRAL
123

"Ağıllı" əl protezi- süni intelektin insan bədəninə uyğunlaşdırılması

2019-02-08 02:18:00

Fins.az-ın məlumatına görə, müasir əl protezləri dəriyə yerləşdirilən və əzələnin bioelektrik siqnallarını oxuyan xüsusi elektrodlarla idarə edilir. Lakin bu metodun çatışmazlıqları var. Belə ki, bu zaman sadəcə ən sadə hərəkətləri icra etmək, məsələn, əli və ovucu sıxıb açmaq mümkün olur. İnsan süni əl ilə heç nə hiss edə bilmir. Avropalı alimlərin yeni ixtirası bu problemi aradan qaldıracaq. “AB Integrum” şirkətindən və Çalmers Texnologiya İnstitutundan (İsveç) olan alimlər doktor Maks Ortis Katalanın (Max Jair Ortiz Catalan) başçılığı altında “DeTop” birgə araşdırma layihəsi çərçivəsində xüsusi elekrtodlar vasitəsilə sinir hüceyrələri və əzələlərdən gələn siqnalları oxuya bilən protez hazırlayıblar. Birbaşa pasiyentin əlinə implantasiya edilən bu elektrodlar nəinki protezi effektiv şəkildə idarə etməyə, həmçinin onu həssaslıqla təmin etməyə imkan yaradır. Layihənin saytında yerləşdirilən məlumatda deyilir ki, Salgrensk (Göteborq, İsveç) universitet xəstəxanasının cərrahları bu yaxınlarda əli amputasiya edilən şəxsə təkmilləşdirilmiş imkanlara malik süni protezin idarəsi üçün sümük-əzələ implantatının quraşdırılması ilə bağlı uğurlu əməliyyat keçiriblər. İmplantat iki titan mildən və ümumilikdə 16 elektroddan ibarətdir. Millər pasiyentin radius və dirsəkvarı sümüklərinə inteqrasiya edilib. Elektrodlar isə dərinin altındakı sinir sonluqlarına qoşulub. Sinir hüceyrələrindən daxil olan siqnallar komandaya çevrilir və insan bunun köməyi ilə süni robot əli idarə edə bilir. Məlumatda deyilir ki, bu cür metod nəinki əlin daha təbii hərəkətinə nail olmağa kömək edir, eyni zamanda taktil hissiyat şəklində sensorlu əks əlaqəni təmin edir. Bu da məsələn, hər hansı bir əşyanı robot əllə tutarkən səylərin həcmini müəyyənləşdirən zaman tapşırığı asanlaşdırmağa icazə verir. Halbuki sadəcə vizual informasiya ilə adi protezdən istifadə zamanı bunu etmək çox çətindir. Hal-hazırda yeni texnologiyadan istifadə imkanı əldə edən ilk şəxs virtual reallıqda məşqlər keçir. Bu da yeni protezə daha tez adaptasiya olmağa kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255