İKT

"Gmail” bu mesajların 99,9%-ni bloklamağa başlayıb
08 FEVRAL
448

"Gmail” bu mesajların 99,9%-ni bloklamağa başlayıb

2019-02-08 18:43:00

Fins.az-ın məlumatına görə, "Google” şirkəti “TensorFlow” (kompüter təlimi üçün açıq proqram kitabxanası) sisteminin köməyi ilə “Gmail” elektron poçt sistemində spam mesajların aşkar edilməsi imkanlarını gücləndirib. “TensorFlow” sistemi neyron şəbəkələrinin yaradılması və təlimi üçün istifadə olunur. Hələ 2017-ci ilin əvvəlində “Google” şirkəti “Gmail” xidmətində arzuedilməz və zərərli poçt göndərişlərini 99,9% dəqiqliklə aşkar etməyə imkan verən yeni mübarizə alətləri tətbiq etmişdi. Axtarış nəhənginin mətbuat xidmətinin məlumatına görə, “Gmail” xidmətində hər gün 100 milyon əlavə spam mesaj aşkar etmək üçün bu inteqrasiyadan istifadə edilir. Bununla belə “Google” vacib elektron məktubları spam kimi qəbul etməmək üçün bütün ehtiyat tədbirləri görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255