İKT

Tarixində ilk dəfə mənfəət açıqladı
07 FEVRAL
120

Tarixində ilk dəfə mənfəət açıqladı

2019-02-07 16:03:00

"Spotify"ın ödənişli abunəçilərinin sayı 100 milyona yaxınlaşıb.

Rəqəmsal musiqi platforması "Spotify", tarixində ilk dəfə mənfəət açıqlayıb. 2008-ci ildə istifadəyə verilən İsveçin musiqi tətbiqi "Spotify"ın açıqladığı maliyyə nəticələrə görə, şirkət aylıq aktiv istifadəçi sayını son bir ildə 47 milyon artımla 207 milyona qaldırıb.

Bu istifadəçilərin 96 milyonunu aylıq ödəniş müqabilində xidmətdən istifadə edən "Spotify Premium" üzvləri təşkil edir. Premium abunəçilərin sayı son bir ildə 25 milyon artıb.

2018-ci ilin sonuna olan məlumata görə, dünya üzrə 78 ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2018-in son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 faiz artımla 1.5 milyard Avroya çatıb. 2017-ci il ərzində 4 milyard Avro olan cəmi gəlirlər 2018-də 5.2 milyard Avronu aşıb.  

Daha əvvəlki bütün rüblərdə zərər açıqlayan "Spotify", 2018-in son rübündə mənfəətə keçib. 2017-nin son rübündə 87 milyon Avro zərər edən şirkət, keçən ilin son rübünü isə 94 milyon avro mənfəətlə bağlayıb. 2017-ci il miqyasında isə 378 milyon Avro olan "Spotify"ın zərəri, 2018-də 43 milyon avroya düşüb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259