İKT

“Huawei” Polşada kibertəhlükəsizlik mərkəzi tikməyi təklif edir
07 FEVRAL
126

“Huawei” Polşada kibertəhlükəsizlik mərkəzi tikməyi təklif edir

2019-02-07 11:09:00

Çinin “Huawei” şirkəti Polşada kibertəhlükəsizlik mərkəzi tikməyi təklif edib. Ötən ay Çin telekommunikasiya şirkətinin əməkdaşı ilə Polşa təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı casusluq ittihamı ilə həbs olunub.

Bunu fevralın 6-da “Huawei” şirkətinin Polşa nümayəndəliyinin başçısı Tonni Bao mətbuat konfransında bildirib.

Polşa hökuməti özünün gələcək 5G şəbəkəsi üçün «Huawei” avadanlığından imtina etmək niyyətindədir. O ehtiyat edir ki, “Huawei”n texnologiyası dövlət üçün təhlükəli sistemlərlə təchiz edilib.

“Huawei”n ictimaiyyətlə əlaqələr üzrə regional direktoru Ostin Çjan bildirib ki, Polşa hökumətinin Çin firmasını 5G şəbəkəsinin inkişafı prosesindən kənarlaşdırmağa heç bir əsası yoxdur. O deyib: “Əgər bu baş versə, biz Polşada biznesimizi və nüfuzumuzu müdafiə etmək üçün hər cür səy göstərəcəyik”.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263