İKT

Avropa İttifaqı “Siemens” və “Alstom”un birləşməsinə razı deyil
06 FEVRAL
121

Avropa İttifaqı “Siemens” və “Alstom”un birləşməsinə razı deyil

2019-02-06 17:37:00

 Avropa İttifaqı (Aİ) Almaniyanın “Siemens” və Fransanın “Alstom” şirkətlərinin dəmir yolu vasitələri istehsal edən bölmələrinin birləşməsinə rədd cavabı verib.

Fins.az xəbər verir ki, bu barədə Aİ-nin rəqabət komissarı Marqret Vestager məlumat verib.

O, iki şirkətin birləşməsi ilə dəmir yolu avadanlığının və yüksək sürətli qatarların bahalaşacağını, innovasiya tətbiqinin azalacağını qeyd edib.

“Şirkətlərin birləşməsi rəqabətlə bağlı ciddi problemlərə səbəb olacaq”, - deyən komissar bu səpgidə narahatlığı aradan qaldıracaq təkliflərin şirkətlər tərəfindən irəli sürülmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Siemens” və “Alstom” 2017-ci ilin sentyabr ayında öz dəmir yolu qurumlarını birləşdirəcəklərini açıqlamışdılar. Yeni qurumun illik dövriyyəsinin 15,3 milyard avro təşkil edə biləcəyi barədə proqnozlar verilirdi.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263