İKT

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı bu şirkətlər məlumatlandırılacaq
06 FEVRAL
299

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı bu şirkətlər məlumatlandırılacaq

2019-02-06 15:39:00

14 fevral 2019-cu il tarixində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək.

Fisns.az xəbər veror lo, tədbirin məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat vermək, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparmaqdır. Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə imzalanmış Fərman ətraflı şərh olunacaq.

Məlumat üçün bildirək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Tədbirdə iştirak etmək üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna müraciət etmək xahiş olunur.

Tel: (+994 12) 538 37 87 (daxili 118)

Mob: (+994 50) 2163139

e-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır